Yollda-da karyera
Biz kiçik komanda ilə çətin bir işi görürük: yolda qalan sürücünü ən yaxın kömək ilə dəqiqələr içində birləşdirmək. Bu iş həm mühəndislik, həm əməliyyat, həm də meydan işidir.
Necə işləyirik
- Kiçik komanda, qısa qərar zənciri — gördüyünüz problemi özünüz həll edirsiniz.
- Hər qərarı bir sualla yoxlayırıq: bu, yolda qalan sürücünün işini asanlaşdırırmı?
- Səhv etmək olar, gizlətmək olmaz. Problemi tez üzə çıxarmaq komandanın normasıdır.
Açıq vakansiyalar
Hazırda saytda dərc olunmuş vakansiya siyahımız yoxdur. Bu o demək deyil ki, işə götürmürük.
Müraciətinizi [email protected] ünvanına göndərin — nə iş gördüyünüzü və harada faydalı ola biləcəyinizi yazın.
Bizə yazın